Adil Kərimli: Mədəniyyət sahəsində çoxşaxəli sistemli fəaliyyət həyata keçirilir

Baş səhifə
Adil Kərimli: Mədəniyyət sahəsində çoxşaxəli sistemli fəaliyyət həyata keçirilir

Mədəniyyət sahəsində çoxşaxəli sistemli fəaliyyət həyata keçirilir.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda deyib.

Onun sözlərinə görə, Aərbaycan mədəniyyəti zəngin tarixə malikdir:

“Müasir çağırışlara uyğun olaraq Azərbaycan dövləti mədəniyyətə yeni baxış ifadə edib. “Azərbaycan Mədəniyyəti-2040″ konsepsiyası bizim üçün vacibdir. Bu sənəd təkcə nazirliyə yox, bütün cəmiyyətə aiddir. Ən vacibi odur ki, Azərbaycan mədəniyyətə fərqli bir baxış qoyulub. Mədəniyyət daha geniş bir məfhum kimi təqdim edilir”.