Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

Baş səhifə
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 106 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər Xidmətin yerləşdiyi Zəngilan şəhərindəki ofisə təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Grovv Audit and Consulting” MMC olub. Şirkətə 23 600 manat ödənilib.