Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev II Liqa təmsilçisi “Sheki City” ilə vidalaşıb.
Bu barədə “Report”a bölgə klubunun mətbuat xidmətindən bildirilib.
36 yaşlı hücumçu ilə yollar qarşılıqlı razılıq əsasında ayırlıb.
Qeyd edək ki, Şəki komandası hazırda II Liqanın turnir cədvəlində 25 xalla 4-cü pillədə qərarlaşıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

