Kubada yanacaq ehtiyatları üç həftəyə tükənə bilər

Baş səhifə

Bakı. Trend:

Kuba ciddi yanacaq çatışmazlığı yaşayır və təchizatın tam
dayanması adanın infrastrukturu üçün fəlakətli nəticələrə səbəb ola
bilər.

Trend xəbər verir
ki, bu barədə “The Guardian” nəşri yazıb.

“Kpler” analitik şirkətinin məlumatlarına görə, bu il Kubaya
yalnız bir neft partiyası daxil olub – Meksikadan 84,9 min barel.
Cari ehtiyatlar nəzərə alındıqda, əlavə tankerlər gəlməzsə, ölkədə
yanacaq ehtiyatları növbəti üç həftə ərzində tükənə bilər.




Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksikanın Kubaya neft
tədarükünü dayandırdığını bəyan edib.

Texas Universitetinin enerji üzrə eksperti Xorxe Pinyon bildirib
ki, dizel yanacağı çatışmazlığının nəticələri Kuba üçün fəlakətli
ola bilər. Onun sözlərinə görə, dizel yanacağı sərnişin və
kommersiya nəqliyyatında, dəmir yollarında, kənd təsərrüfatında,
sənayedə, su təchizatında və şəkər qamışı istehsalında geniş
istifadə olunur.