Bakı. Trend:
Comex birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün qızıl
fyuçerslərinin qiyməti yanvarın 23-dən bəri ilk dəfə troy unsiyası
üçün 4950 dollardan aşağı düşüb. Eyni zamanda, 2026-cı ilin mart
ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti yanvarın 16-dan
bəri ilk dəfə troy unsiyası üçün 90 dollardan ucuzlaşıb.
Trend xəbər verir
ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd
olunur.
Bakı vaxtı ilə saat 21:12-yə olan məlumata görə, qızıl
fyuçerslərinin qiyməti 7,82% azalaraq troy unsiyası üçün 4936
dollar, gümüş fyuçerslərinin qiyməti isə 21,01% geriləyərək troy
unsiyası üçün 90,39 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 21:20-yə qədər qızılın qiyməti daha da
ucuzlaşaraq troy unsiyası üçün 4928,2 dollara (-7,97%), gümüşün
qiyməti isə 21,42% azalma ilə troy unsiyası üçün 89,915 dollara
düşüb.

