KİV: İsrail və Səudiyyə Ərəbistanı rəsmiləri Vaşinqtonda İranla bağlı danışıqlar aparır

Baş səhifə

İsrail və Səudiyyə Ərəbistanından olan hərbi və kəşfiyyat rəsmiləri ABŞ-a səfər edib.

APA xəbər verir ki, məsələ ilə bağlı iki ABŞ rəsmisi və iki digər anonim mənbə “Axios”a danışıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı və İsraildən olan rəsmil şəxslər Tramp administrasiyasının nümayəndələri ilə İranı müzakirə edirlər.

Məsələ ilə bağlı əlavə detallar verilməyib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp özünün “Truth Social” hesabında İranı danışıqlara başlamayacağı təqdirdə, böyük hücumla hədələyib.