Avropa Komissiyası Polşa və Baltikyanı ölkələrə 110 milyon avrodan çox vəsait ayırıb

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyası (AK) Baltikyanı ölkələrə və Polşaya kritik
infrastrukturun qorunması üçün 110 milyon avrodan çox vəsait
ayırıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi
məlumat verib.

Nazirliyin açıqlamasında bildirilir ki, Avropa İttifaqı
tərəfindən enerji infrastrukturunun mühafizəsinin
maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir. Ayrılan maliyyənin
həcmi 113 milyon avro təşkil edir.




Məlumata görə, bu imkan Litva, Latviya və Estoniyanın elektrik
şəbəkələrinin Polşa üzərindən Qərbi Avropa ilə sinxronlaşdırılması
nəticəsində yaranıb.

“Biz kritik infrastrukturun mühafizəsi layihələrinin
maliyyələşdirilməsi ilə bağlı gələcəkdə də Avropa Komissiyasına
müraciət etməyi planlaşdırırıq və bu məqsədlər üçün uzunmüddətli
maliyyə ayırma mexanizminin yaradılmasını zəruri hesab edirik”, –
nazirlikdən qeyd edilib.

Yardım paketində Litvaya ayrılan pay 22 milyon avro təşkil
edir.