
Bakı. Trend:
Payız mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da
yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
şənbə günü, oktyabrın 4-də paytaxtda növbəti dəfə təmizlik işləri
aparılıb.
Trend
xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat
yayıb.
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat
xidmətlərinin texnikası səhər saatlarından başlayaraq bitki və
canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və
prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və
ara yollar da yuyulub.
Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin
və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət
yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və
yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə,
ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında
səliqə-sahman işləri aparılıb.
Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi
əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı
ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq
göstərilməsi də həyata keçirilib, qurumuş budaqları budanıb,
qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb, onların
yerinə yeni, iqliməuyğun ağacların əkilməsi aparılır. Həmçinin gün
ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd Çezalpiniya gül kolu
əlilib.
Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının
zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli
güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən növbəti
təmizlik işləri Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz
tövhəsini vermişdir.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və
yaşıllıqların qorunmasıüçün tələb olunan bütün tədbirlər bütün il
ərzində davam etdiriləcəkdir.

