Azərbaycanda daşınmaz əmlakala əlaqədar əməliyyatlara sərmayələr iki dəfədən çox artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda daşınmaz əmlakla əlaqədar əməliyyatlar
üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 13,2 milyon
manat təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 2,5
dəfə çoxdur.




Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 0,1%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ildə ölkənin iqtisadi və sosial
sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala
21,226 milyard manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz az
investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş
investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna
yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. Ümumi
sərmayənin 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı
sahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin,
3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin
tikintisinin payına düşüb.

Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyridövlət
sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun
75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili
mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi
sərmayənin 80,2 faizini təşkil edib.