
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Böyük Britaniyaya 337 milyon ABŞ
dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 648,3 min ton
xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 59,1 milyon dollar və ya 14,9 faiz və
həc baxımından 11,7 min ton və ya 1,8 faiz azdır.
2024-cü ildə Azərbaycandan Böyük Britaniyaya 396,1 milyon dollar
dəyərində 660 min ton neft və neft məhsulları ixrac olunub.
Hesabat dövrü ərzində, Böyük Britaniya Azərbaycandan ən çox neft
və neft məhsulları idxal etmiş ölkələrin sırasında 9-cu yerdə
qərarlaşıb.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4
milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1
milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,
lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə
alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac
həcminin 48,28%-ni təşkil edib.

