KİV: Premyer Liqa klubu “Napoli”nin futbolçusunu icarəyə götürüb

Baş səhifə
KİV: Premyer Liqa klubu Napolinin futbolçusunu icarəyə götürüb

İngiltərənin “Nottingem” klubu İtaliya təmsilçisi “Napoli”nin hücumçusu Lorenzo Lukkanı heyətinə qatıb.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, Premyer Liqa kollektivi 25 yaşlı italyan futbolçunu 2025/2026 mövsümünün sonuna qədər 1 milyon avro qarşılığında icarəyə götürüb.

Müqavilədə Lukkanın 40 milyon avroya birdəfəlik transfer edilməsi şərti də yer alır.

Qeyd edək ki, Lorenzo Lukkanın hazırkı bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.