Azərbaycan ilə Ermənistan arasında normallaşma ticarət münasibətlərinin yaranmasında da özünü göstərir

Baş səhifə
Azərbaycan ilə Ermənistan arasında normallaşma ticarət münasibətlərinin yaranmasında da özünü göstərir

İlham Əliyev

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərir.

“Report”un İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, Davosda iki ölkə prezidentinin görüşü zamanı İlham Əliyev Sülh Şurasının qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmini qeyd edib.

Azərbaycan Prezidenti regionda artıq sülhün mövcud olduğunu diqqətə çatdırıb.

İlham Əliyev bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğuladı.