Ermənistan Antikorrupsiya Məhkəməsi hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunan “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.
“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu onun vəkili Aram Vardevanyan bildirib.
O vurğulayıb ki, həbs müddətinin uzadılması üçün heç bir əsas olmayıb.
Qeyd edək ki, Ermənistan Kassasiya Məhkəməsi noyabrın 13-də iş adamının azadlığa buraxılması barədə müdafiə tərəfinin şikayətini rədd edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

