Bakı. Trend:
Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib.
Trend Türkiyə
KİV-lərinə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə
alınıb.
Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında
qalıb.
Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. M. Yiğitin
cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti
qurumlara təhvil verilib.

