İspaniyada iki yüksək sürətli qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı 41-ə çatıb

Baş səhifə

Bakı. Trend:

İspaniyada iki yüksək sürətli qatarın relsdən çıxması
nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Trend xəbər verir
ki, bu barədə yerli “ABC” qəzeti məlumat yayıb.

Bundan əvvəl ölənlərin sayının 39 olduğu bildirilirdi.




Hadisə yanvarın 18-də axşam saatlarında Adamus yaşayış
məntəqəsində baş verib. Malaqadan Madridə doğru hərəkət edən və
təxminən 300 sərnişin daşıyan “Iryo” şirkətinə məxsus qatar relsdən
çıxaraq qarşı yola düşüb. Həmin yolda bu zaman Madriddən Huelvaya
gedən “Renfe” dəmir yolu operatorunun qatarı hərəkətdə olub.
Nəticədə ikinci qatar da relsdən çıxıb.

Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı
araşdırma aparılır.