Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər

Baş səhifə

Bakı. Trend:

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov
Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti
vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya
düşüblər. Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb
müəssisəsinə təxliyə ediliblər.

Bu barədə Trend-ə Müdafiə
Nazirliyindən məlumat verilib.




Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın
vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində
müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.