Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Baş səhifə

Şəmkir rayonunda kişi bazarda ölüb.

Modern.az xəbər verir ki, 1964-cü il təvəllüdlü Fərman Məmmədovun bazar ərazisində qəfil halı pisləşib.

Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

(Qafqazinfo)