Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Baş səhifə

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Elantıra “markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır