“Liverpul” və “Real” niderlandlı futbolçunu heyətinə qatmaq istəyir

Baş səhifə
Liverpul və Real niderlandlı futbolçunu heyətinə qatmaq istəyir

İngiltərənin “Liverpul” klubu Niderlandın AZ (Alkmar) komandasında çıxış edən Kes Smiti heyətinə qatmaq istəyir.

“Report” yerli mətbauta istinadən xəbər verir ki, Mersisayd təmsilçisi yay transfer dönəmində 20 yaşlı yarımmüdafiəçini əsas prioritet hesab edir.

Bundan əlavə, İspaniyanın “Real” klubu da oyunçu ilə maraqlanır. “Qırmızılar” niderlandlı futbolçu üçün Madrid təmsilçisi ilə rəqabət aparmağa hazırdır.

Alkmar kollektivi Kes Smitin mümkün keçidindən 50 milyon avro gəlir gözləyir ki, bu da klub rekordu olacaq.