
Bakı. Trend:
Bu ilin fevral ayından etibarən “Tesla” şirkətinin “Full
Self-Driving” (FSD) avtopilot sistemi yalnız abunə əsasında əlçatan
olacaq.
Trend xəbər verir
ki, bu barədə şirkətin rəhbəri, amerikalı sahibkar İlon Mask X
sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
O bildirib ki, “Tesla” 14 fevral tarixindən sonra FSD sisteminin
birbaşa satışını dayandıracaq. Maskın sözlərinə görə, “FSD bundan
sonra yalnız aylıq abunə yolu ilə təqdim olunacaq”.
Şirkətin hazırkı məlumatına əsasən, FSD sistemi indiyədək 8 min
dollara, aylıq abunə isə 99 dollara təklif olunurdu. Lakin Mask
yeni abunə modelinin qiymətinin nə qədər olacağını açıqlamayıb.
Qeyd edək ki, FSD avtopilot sistemi avtomobilin yolda manevr
etməsi, naviqasiya aparması və park edilməsi kimi funksiyaları
müstəqil şəkildə yerinə yetirmək üçün nəzərdə tutulub.

