Böyük Britaniya Qətərdəki “Əl-Udeyd” aviabazasından bəzi hərbi qulluqçularını təxliyə edir

Baş səhifə

Böyük Britaniya Qətərdəki “Əl-Udeyd” aviabazasından bəzi hərbi
qulluqçularını təxliyə edir

Bakı. Trend:

Böyük Britaniya Yaxın Şərqdə artan gərginlik fonunda Qətərdə
yerləşən “Əl-Udeyd” aviabazasından bəzi hərbi qulluqçularını
təxliyə etməyə başlayıb.

Trend-in xəbərinə
görə, bu barədə “i” qəzeti məlumat yayıb.




Bildirilir ki, britaniyalı hərbi heyət sözügedən aviabazada ABŞ
Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə yerləşdirilib.

“Reuters” agentliyinin bundan əvvəl yaydığı məlumata əsasən, ABŞ
Qətərdəki “Əl-Udeyd” aviabazasında xidmət edən öz hərbçilərinə bu
gün axşam saatlarınadək bazanı tərk etməyi tövsiyə edib. Qətər
KİV-i dərc olunmuş bu məlumatı təsdiqləyib.