
Bakı. Trend:
Qusar Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti
qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü
– 28 yaşlı Tural Qasımov saxlanılıb.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Bildirilir ki, onun idarə etdiyi “VAZ 2106” markalı 38-BX-530
dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti
qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları
vasitəsilə də qeydə alınıb.
Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik
vasitə və spirtli içkinin təsiri altında olduğu da müəyyən edlib.
Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Qasımovun sürücülük hüququ 2 il
müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs
edilib.
Qeyd edək ki, Qusar rayonunda yol hərəkəti qaydalarına riayət
olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və
yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə
profilaktik tədbirlər davam etdirilir.

