ABŞ Nümayəndələr Palatasında Qrenlandiya ilə bağlı qanun layihəsi təqdim edildi

Baş səhifə

Bakı. Trend:

ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn (Florida ştatından
respublikaçı) Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə imkan verən
qanun layihəsini təqdim edib.

Trend-in məlumatına görə, bu barədə onun saytında dərc edilən
bəyanatda bildirilib.




Bildirilib ki, ABŞ Prezidentinə “Qrenlandiyanın ilhaq edilməsi
və ya başqa şəkildə ABŞ ərazisi kimi əldə edilməsi məqsədilə
Danimarka Krallığı ilə danışıqlar aparmaq da daxil olmaqla, zəruri
tədbirlər görmək” səlahiyyəti verilir. Qrenlandiyanın bundan sonra
Amerika ştatı hesab ediləcəyi ehtimal edilir.

Onun sözlərinə görə, qanun layihəsi “Arktikada ABŞ-ın milli
maraqlarını qorumaq və Çin və Rusiyadan gələn artan təhdidlərə
qarşı durmaq” məqsədi daşıyır.