Bessent: ABŞ gələn həftə Venesuelaya qarşı sanksiyaların bir hissəsini ləğv edə bilər

Baş səhifə
Bessent: ABŞ gələn həftə Venesuelaya qarşı sanksiyaların bir hissəsini ləğv edə bilər

ABŞ administrasiyası Venesuela neftinin qlobal bazarda satışını asanlaşdırmaq üçün əvvəllər bu ölkəyə tətbiq edilən sanksiyaların daha bir hissəsini ləğv edə bilər.

“Report”un məlumatına görə, ABŞ-nin maliyyə naziri Skott Bessent bunu “Reuters” agentliyinə müsahibəsində açıqlayıb.

“Satılacaq neftə qarşı sanksiyaları qaldırırıq. Bu, gələn həftə baş verə bilər” – o, hansı sanksiyalardan danışdığını dəqiqləşdirmədən əlavə edib.

Bessent həmçinin əlavə etdi ki, ABŞ hökuməti Venesuelanın Beynəlxalq Valyuta Fondunda bloklanmış 3,59 milyard xüsusi borc hüquqlarını (fondun hesab vahidi) nağd pula çevirmək niyyətindədir – hazırkı məzənnə ilə bu məbləğ təxminən 4,9 milyard dollardır. Maliyyə naziri bu maliyyələşdirmənin Venesuela iqtisadiyyatını bərpa etmək üçün istifadə edilə biləcəyini açıqlayıb.