
Bakı. Trend:
Yunanıstanda fermerlər 48 saatlıq ümumilli tətil çərçivəsində
ölkənin əsas avtomagistrallarının və yol ayırıcılarını
bağlayıblar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fermerlə istehsalat xərclərinin artması fonunda
Avropa İttifaqının Cənubi Amerika ölkələri ilə bağladığı ticarət
sazişlərinə etiraz edirlər. Kəndlilər traktorları ilə yollarda
nəqliyyatın hərəkətinə əngəl yaradaraq, ancaq yanğınsöndürmə, polis
və təcili tibbi yardım maşınlarının keçməyinə imkan verirlər.
Kütləvi etirazlara baxmayaraq ölkənin mühafizəkar höküməti yolların
uzunmüddətli blokadasına imkan verməyəcəyini bildirib.
Afinanı şimaldakı Saloniki şəhəri ilə birləşdirən ölkənin əsas
avtomagistralı fermerlərin dövlət dəstəyinin gücləndirilməsini və
Aİ–Merkosur sazişinin rədd edilməsini tələb etməsi fonunda bir neçə
nöqtədə hər iki istiqamətdə bağlanıb.
“Biz artıq qaynama həddinə çatmışıq”, – Cənubi Yunanıstanda yol
blokadasında beş uşaq atası və kələm istehsalçısı Yiannis Baritas
bildirib.
“Ailələrimizi dolandırmaq üçün nə qədər lazımdırsa, burada
qalacağıq. Bizi ümidsizliyə sürükləyiblər”, – o əlavə edib.
Noyabr ayında başlayan etirazlar əvvəlcə istehsal xərclərinin
artmasına yönəlmişdi və bir sıra böhranlar bu vəziyyəti daha da
ağırlaşdırmışdı: qanuni subsidiyaların ödənişini gecikdirən
subsidiya fırıldağı qalmaqalı, eləcə də qoyun və keçilər arasında
yayılan çiçək xəstəliyi.
Hökumət çərşənbə günü son anda etirazların qarşısını almağa
çalışaraq fermerlər üçün elektrik enerjisinin ucuzlaşdırılması və
yanacaq vergisi güzəştləri daxil olmaqla müəyyən güzəştlər elan
edib.

