Ötən il kişilərə fiziki zorakılıqla bağlı müraciətlər olmayıb – Dövlət Komitəsi

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinə kişilərin məişət zorakılğına məruz qalması ilə bağlı 83
müraciət daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin Məişət
Zorakılığının Qarşısının Alınması Sektorunun məsləhətçisi İradə
Məmmədova məlumat verib.




Onun sözlərinə görə, bu müraciətlər psixi və iqtisadi zorakılığa
məruz qalma olub, fiziki zorakılıqla bağlı heç bir müraciət qeydə
alınmayıb:

“Bu məsələni xüsusilə qeyd etmək istərdik. Bəzən statistik
rəqəmlər düzgün başlıqla təqdim olunmur. Ona görə də vurğulamaq
istəyirik ki, fiziki zorakılığa məruz qalan kişi müraciəti qeydə
alınmayıb”, – deyə qurum rəsmisi bildirilib.