Bakı.Trend:
Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün
günorta saatlarında qeydə alınan bu qəza Zabrat istiqamətində
qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Trend xəbər
verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzi məlumat yayıb.
Bildirilib ki, eyni yolda bu ayın 3-də minik avtomobillərinin
birinin idarəetməni itirib yol kənarına aşması və 6-da baş verən
digər qəza səbəbindən yolda ləngimə yaranıb.
NİİM-in apardığı təhlillərə əsasən, sözügedən yolda son
dövrlərdə, o cümlədən cari il artıq bir neçə dəfə qeydə alınan
yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol
hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini
sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamaları ilə
bağlıdır.
Qeyd olunanları nəzərə alaraq, sürücüləri daha məsuliyyətli
olmağa və yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq.

