ABŞ-də atışma olub, iki nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Yuta ştatının Solt Leyk Siti şəhərində baş verən atışma
nəticəsində ən azı iki nəfər ölüb, altı nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “ABC4” televiziya kanalı
xəbər verib.




İlkin məlumata əsasən, silahlı atışma yanvarın 7-si axşam
saatlarında “Sonuncu Gün Müqəddəsləri İsa Məsih Kilsəsi” Amerika
dini birliyinin iclas evinin ərazisində başlayıb. Mərasim zamanı
münaqişə yaranıb və bundan sonra atışma başlayıb.

Polis hələki şübhəli şəxsi saxlaya bilməyib.