Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatını dəstəkləməyib

Baş səhifə
Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatını dəstəkləməyib

Avropa İttifaqı (Aİ) ABŞ-nin Venesuelaya son hücumuna cavab olaraq sərt bəyanat yayıb. Macarıstan birgə qətnaməni dəstəkləməkdən imtina edib.

“Report”un məlumatına görə, bu, Aİ-nin diplomatik xidmətinin veb saytında dərc olunmuş bəyanatının mətnində əksini tapıb.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin bəyanatında bildirilir ki, ittifaqın 27 üzv dövlətindən 26-sı bəyanatı dəstəkləyib. Macarıstanın siyahıda yoxdur.