Bakı. Trend:
Avropa İttifaqı Venesuela ilə bağlı ortaq bir bəyanat üzərində
razılığa gələ bilməyib.
Trend-in
məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) diplomatik
xidməti xəbər verib.
Məlumata əsasən, bunun əvəzinə, diplomatik xidmət Macarıstanın
imzası olmayan “26 Aİ ölkəsinin bəyanatı”nı yayımlayıb.
“Bu bəyanatı 26 Aİ ölkəsi dəstəkləyib”, – deyə bildirilib.

