Delsi Rodriges ABŞ ilə əməkdaşlıq etməzsə, “çox ağır bədəl” ödəyəcək – Tramp

Baş səhifə

Bakı. Trend:

Venesuelanın müvəqqəti prezident səlahiyyətlərini icra edən
Delsi Rodriges ABŞ ilə əməkdaşlıq etməzsə, “çox ağır bədəl”
ödəyəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “The Atlantic” nəşrinə müsahibəsində deyib.

“Əgər o, düzgün addımlar atmasa, çox ağır, bəlkə də Madurodan
daha yüksək, bədəl ödəyəcək”, – deyə o bildirib.




Qeyd edək ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp
Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq
ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun
lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum
həyata keçirib:

“Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra
olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat
konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün
təşəkkür edirəm!”