Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

Baş səhifə

Bakı. Trend:

Pakistan Venesueladakı vəziyyətdən narahatdır, təmkinli olmağa
və fikir ayrılıqlarını beynəlxalq hüquqa əsaslanaraq həll etməyə
çağırır.

Trend-in
məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin
açıqlamasında bildirilib.




“Pakistan Venesuela xalqının rifahına böyük əhəmiyyət verir və
Venesueladakı vəziyyətin gedişatını narahatlıqla izləyir”, –
nazirlik bildirib.

“Böhrana son qoymaq üçün təmkinli olmağa və gərginliyin
azaldılmasına çağırırıq və bütün həll olunmamış məsələlərin həlli
üçün BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə riayət
etməyin vacibliyini vurğulayırıq”, – deyə qeyd olunub.