Bakı. Trend:
İtaliya A Seriyasının 18-ci turu çərçivəsində “Kalyari” və
“Milan” komandaları qarşılaşıb.
Trend-in məlumatına görə, görüş Kalyaridəki “Unipol Domus”
stadionunda təşkil olunub.
“Milan” 1:0 hesabı ilə qalib gəlib. Oyunun yeganə qolunu 50-ci
dəqiqədə Rafael Leao vurub.
u oyundan sonra “Kalyari” İtaliya A Seriyasında 18 xalla 14-cü
sırada qərarlaşıb, “Milan” isə 38 xalla turnir cədvəlinin
lideridir.

