Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio və BƏƏ-nin xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zayed Əl Nəhyan telefon
danışığı zamanı Yəməndəki vəziyyəti və Yaxın Şərqdəki təhlükəsizlik
məsələlərini müzakirə ediblər.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat
Xidmətinin rəis müavini Tommi Piqotun yazılı açıqlamasında
deyilib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi və BƏƏ xarici işlər
naziri “Yəməndəki vəziyyəti və Yaxın Şərqdə təhlükəsizliyə və
sabitliyə təsir edən daha geniş məsələləri müzakirə ediblər”.
Qeyd edək ki, həmin gündə Dövlət Departamenti bildirib ki, Rubio
və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl
Səud da telefonla danışaraq “Yəməndə davam edən gərginliyi”
müzakirə ediblər.

