Bakı. Trend:
Afrika Millətlər Kubokunda Misir və Cənubi Afrika Respublikası
(CAR) arasında qrup mərhələsinin ikinci tur oyunu keçirilib.
Trend xəbər verir
ki, Aqadirdəki “Adrar” stadionunda baş tutan qarşılaşma Misir
millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu
45-ci dəqiqədə penaltidən Misir yığmasının hücumçusu Məhəmməd Salah
vurub.
B qrupunda iki turdan sonra Misir altı xalla turnir cədvəlinin
birinci pilləsində qərarlaşıb. CAR üç xalla ikinci yerdədir.
Qeyd edək ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə
keçirilir. Yarışda 24 milli komanda iştirak edir. Turnir yanvarın
18-dək davam edəcək. Hazırkı Afrika Millətlər Kubokunun qalibi
Kot-d’İvuardır.

