ABŞ Hərbi Dəniz Qüvvələri dəniz platformalı kamikadze PUA “Lukas”ı istifadəyə verib

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri dəniz platformalı zərbə kamikadze pilotsuz
uçuş aparatı olan “Lukas”ı rəsmi olaraq istifadəyə verib.

Trend bu barədə
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi saytına
istinadən xəbər verir.




Vitse-admiral Kurt Renşou bildirib ki, “Lukas”ın hərbi gəmidən
ilk uğurlu buraxılışı hərbçilərə əlçatan və effektiv pilotsuz
vasitələrin operativ şəkildə təqdim olunmasında mühüm
mərhələdir.

Məlumata görə, dronun buraxılışı “USS Santa Barbara” döyüş
gəmisindən həyata keçirilib.