“MJ Financial Services” QSC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 4 800 160 manat və yaxud 17 dəfə artıraraq 300 010 manatdan 5 100 170 manata çatdırmağı planlaşdırır.
“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd yeni səhm buraxılacaq.
Xatırladaq ki, “MJ Financial Services” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

