
Bakı. Trend:
İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində
2025-ci il 17 dekabr tarixində saat 22:00 radələrində mina hadisəsi
baş verib.
Trend xəbər verir ki, bu barədə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş
Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətlərinin birgə məlumatında deyilir.
Qeyd edilir ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini
Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan
təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina
partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma
aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları
ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə
müdaxilə etməməyə çağırır!

