
Bakı. Trend:
Fransanın Daxili İşlər Nazirliyi (DİN) kütləvi kiberhücumun
hədəfinə çevrilib. Belə ki, 300 minə yaxın personalı olan qurumun
əməkdaşlarının xidməti elektron poçtlarına müdaxilələr olub və
hakerlər həssas polis materiallarına çıxış əldə ediblər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Fransanın DİN rəhbəri Lorent
Nunez açıqlama verib.
“Bir neçə gün əvvəl biz zərərli müdaxilənin hədəfinə
çevrilmişik. Hələlik kiberhücumun miqyasını bilmirik. Bu vaxta
qədər sistemdən onlarla faylın oğurlanmış ola biləcəyi ehtimal
edilir,” – deyə Nünes mətbuata verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, cinayətkarın qısa müddətdə müəyyən edilməsi
məqsədilə istintaqa başlanılıb.

