Sidneydə silahlı hücumda təqsirləndirilən şəxs ilk dəfə məhkəmə qarşısına çıxarılacaq

Baş səhifə

Bakı.Trend:

Avstraliyanın Sidney şəhərinin çimərliyində silahlı hücum həyata
keçirmiş 24 yaşlı Navid Əkrəm ilk məhkəmə iclasına xəstəxana
palatasından videobağlantı vasitəsilə çıxarılacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis
idarəsi məlumat yayıb.

Məlumata görə, Navid Əkrəm terror aktı törətməkdə və 15 nəfərin
qətlində ittiham olunur.




Polis idarəsindən qeyd edilir ki, şübhəli ittihamlar irəli
sürüldükdən sonra polis nəzarəti altında xəstəxanada qalır və günün
sonunadək videobağlantı vasitəsilə yerli məhkəmə qarşısına
çıxarılacaq.

Hüquq-mühafizə orqanlarının nümayəndələri məhəkəmədə
təqsirləndirilən şəxsin Avstraliya hökuməti tərəfindən terror
təşkilatları siyahısına daxil edilmiş İŞİD qruplaşmasının
təsirindən terror aktı törətdiyini sübut etmək niyyətindədir.