Sumqayıt 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Baş səhifə
Sumqayıt 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Sumqayıt 16 yaşlı gənc bıçaqlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.

Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.