
Bakı.Trend:
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları
tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11
saylı cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmiş
həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona
məxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil
telefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı
alınıb.
Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha
vətəndaşların diqqətinə çatdırılır.

