
Bakı. Trend:
Çinin “China Eastern Airlines” hava yolları şirkəti dünyanın ən
uzun məsafəli kommersiya aviareysini uğurlu şəkildə həyata keçirib.
12400 mil məsafəni əhatə edən hava reysi ümumilikdə 29 saat
çəkib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Şanxaydan qalxan “Boeing 777-300ER” təyyarəsi son
təyinat nöqtəsi olan Buenos Ayresə (Argentina) çatana qədər yanacaq
dolumu və ekipaj üzvlərinin rotasiyası məqsədilə Ouklendddə (Yeni
Zelandiyada) eniş edib.
Yeni aviamarşrut üzrə uçuşların il ərzində həftədə iki dəfə
olmaqla yerinə yetiriləcəyi və Çinlə Cənubi Amerikanın ən iri
şəhərlərini birləşdirəcəyi bildirilir.


