
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinə Kürdəmir rayonunun Sığırlı kənd
sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus evin yaşayış üçün
yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması
barədə məlumat daxil olub.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin
əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq
vətəndaşa təhvil verilib.

