Abşeronda “Azərişıq”ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb

Baş səhifə
Abşeronda Azərişıqın əməkdaşı cərəyan vurması nəticəsində ölüb

Abşeronda dekabrın 12-də “Azərişıq”ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb.

“Report” xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidli elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.