Ceyhun Bayramov Macarıstana getdi

Baş səhifə

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Macarıstana işgüzar səfərə yola düşüb.

XİN-dən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.