Bakı.Trend:
Hazırda dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən
müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reablitasiya
vasitələri ilə təmin edilməsi üçün də istifadə edilir.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, parlamentin qəbul etdiyi yeni qanunvericilik
aktları həmin vəsaitdən ümumi səbəblərdən əlilliyi olan şəxslər
üçün də istifadə edilməsini nəzərdə tutur.
Belə ki, ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya
vasitələri ilə təminatı dövlət büdcəsi ilə yanaşı, dövlət icbari
şəxsi sığorta üzrə toplanan vəsait hesabına da həyata
keçiriləcək.
Bu da əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə
təminatı imkanlarının daha da artırılmasını şərtləndirir.

