İşəgötürənlər haqqında qanunun qəbul edilməsi təklif edilir

Baş səhifə

Bakı. Trend:

İşəgötürənlər haqqında əlavə qanunun qəbul edilməsini təklif
edirik.

Trend xəbər
verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin
müzakirəsi zamanı deyib.




M.Musayevin sözlərinə görə, bəzi mütəxəssislər deyirlər ki, Əmək
Məcəlləsi yetərlidir, əlavə qanunun qəbul edilməsinə ehtiyac
yoxdur.

“Lakin beynəlxalq təşkilatların mövqeyi də odur ki,
işəgötürənlər haqqında əlavə qanunun olması məqsədəuyğundur. Bunu
işçi qaydada müzakirə edərik”, – deyə o vurğulayıb.