Prezident İlham Əliyev: Bizdə kifayət qədər böyük enerji potensialı var

Baş səhifə

Bratislava. Trend:

Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük
enerji potensialı var.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu
barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini
ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə
olunmayan enerji potensialı təxminən iki qiqavata bərabərdir və
növbəti beş il ərzində bu, səkkiz qiqavata çatdırılacaq. “Təbii ki,
süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi
əsas amillərdən biridir”, – deyə Azərbaycan Prezidenti əlavə
edib.