Dövlət Statistika Komitəsi yanında Statistika Şurasına üzvlər təyin edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında
Statistika Şurasının üzvlərinin siyahısında dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Sənədə əsasən, aşağıdakılar Şuranın üzvləri siyahısına daxil
ediliblər:




– Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının
Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini –
iqtisadi statistika sektorunun müdiri Həsənov Ceyhun Rafiq oğlu

– Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini – Hüquq
və sosial tərəfdaşlıq şöbəsinin müdiri Hüseynzadə Samir Allahverən
oğlu

– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri Abdullayev
Cəlal Rövşən oğlu.